...

Azərbaycan prezidenti Belçika kralı və baş nazirini ölkənin Milli bayramı münasibətilə təbrik edib

Siyasət Materials 20 İyul 2006 17:21 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Belçikanın Milli bayramı - Kralın andiçmə günü münasibətilə bu ölkənin kralı və baş nazirinə təbrik məktubları göndərib.

Trend in xəbər verdiyi kimi, dövlət başçısı kral II Albertə məktubunda Azərbaycan-Belçika münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrinin inkişafının daim xalqlarımızın mənafelərinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Baş nazir Gi Verhovstadtaya məktubunda İ.Əliyev hər iki ölkə arasında dostluq münasibətlərinin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti