...

VHP Muğan təşkilatlarının toplantısı keçirilib

Siyasət Materials 26 İyul 2006 14:58 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Muğan bölgə təşkilatlarının Əlaqələndirmə Şurasının növbəti toplantısı keçirilib. Bu barədə Trend ə VHP mətbuat xidmətindən bildiriblər.

Toplantıda partiyanın Salyan, Sabirabad, Neftçala, Biləsuvar, Saatlı, Əlibayramlı, Hacıqabul və Kürdəmir rayon təşkilatlarının nümayəndələri iştirak ediblər. Yığıncaqda təşkilati məsələlər, təkrar bələdiyyə seçkiləri və ölkədəki mövcud ictimai-siyasi durum müzakirə edilib. Qurumun icraçı katibi İnqilab Qasımov Şuranın biraylıq fəaliyyəti və ölkədəki ictimai-siyasi vəziyyət barədə məlumat verib.

Toplantı iştirakçıları bələdiyyə seçkisi prosesində təbliğat-təşviqat işinin qurulması yönündə məsələləri də müzakirə ediblər. Həmçinin son günlər ermənilərin işğal etdikləri torpalqarı yandırılması ilə bağlı toplantıda bəlanat qəbul olunub. Bəyanat müəllifləri beynəlxalq təşkilatları ikili standartlar aparmaqda qınayıblar: "Bu məsələ ilə məşğul olan bütün beynəlxalq qüvvələr münaqişəyə birmövqeli prizmadan yanaşaraq, Ermənistanın işğalçılıq və destruktiv əməllərinə göz yumurlar. Biz VHP-nin Muğan təşkilatları olaraq BMT-dən, ATƏT-dən, AŞ-dan və digər beynəlxaql qurumlardan qəbul etdikləri qərarlara hörmətlə yanaşmağa və Ermənistanın bu destruktiv əməllərinə son qoyması üçün təzyiq etməyə çağırırıq. Əks təqdirdə, bu məsələlərə son qoyulmasa bütün bu ağır cinayətlərin məsuliyyəti beynəlxalq təşkilatların üzərinə düşür".

Xəbər lenti

Xəbər lenti