...

Oklahoma ştatı hərbçiləri Bakıya gəlib

Siyasət Materials 26 İyul 2006 17:33 (UTC +04:00)

İyulun 26-da ABŞ-ın Oklahoma ştatı hərbçilərindən ibarət nümayəndə heyəti Bakıya gəlib. Bu barədə Trend ə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.

Nümayəndə heyətinə general Vayet (Wyat) başçılıq edir. Səfər Azərbaycan və Oklahoma ştatı arasında 4 il əvvəl imzalanmış əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyində görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti