...

Abid Şərifov: Türkiyə və Azərbaycan arasında mal dövriyyəsinin $1 mlrd səviyyəsində olacağı planlaşdırılır

Siyasət Materials 27 İyul 2006 13:03 (UTC +04:00)

Bu gün Bakıda Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının iclası öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, iclasın açılışında Azərbaycandan olan həmsədr, baş nazirin müavini Abid Şərifov bildirib ki, 3 il əvvəl ölkələr arasında mal dövriyyəsi təxminən $300 mln təşkil edib. Ötən il bu göstərici təxminən $700 mln-a bərabər olub.

O qeyd edib ki, bu il hər iki ölkə arasında mal dövriyyəsinin həcmi 800 mln dollardan çox olacaq. Gələcəkdə isə bu rəqəm 1 mlrd dollara çatdırılacaq.

A.Şərifovun sözlərinə görə, hazırda Türkiyədə 3 minədək Azərbaycan vətəndaşı təhsil alır. Türkiyə tərəfi blokadada olan Naxçıvan MR-in inkişafında böyük rol oynayır. Ancaq Azərbaycan Türkiyə və NMR arasında əməkdaşlığın genişləndirilməsi üçün proqrama bir daha baxmaq istərdi. Bu gün Türkiyə tərəfi NMR-ə təxminən 40-45 mVt elektrik enerjisi tədarük edir.

İclasın Türkiyədən olan həmsədri, bu ölkənin dövlət naziri Məhmət Aydının sözlərinə görə, Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində əlaqələr yüksək səviyyədədir. Ancaq iqtisadi sahədə böyük inkişaf potensialı var və bu potensialı inkişaf etdirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti