...

Livandan Suriyaya daha 10 azərbaycanlı evakuasiya edilib

Siyasət Materials 27 İyul 2006 16:52 (UTC +04:00)
Livandan Suriyaya daha 10 azərbaycanlı evakuasiya edilib

İyulun 27-də Livandan Suriyaya daha 10 azərbaycanlı evakuasiya edilib. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassub (Nazih Gassub) bildirib.

O qeyd edib ki, Livandakı azərbaycanlıların vəziyyətinə dair hesabatın hazırlanması üzərində işi davam etdirir. Bu iş başa çatdıqdan sonra sənəd Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdim olunacaq.

Fəxri konsul ona da bildirib ki, İsrail tərəfindən bombardmanın davam etməsi ilə əlaqədar Livanda vəziyyət daha da ağırlaşıb - ölən və xəsarət alanların sayı artır. Bu gün isə İsrail tərəfindən bombardmanlar daha da intensivləşib", - deyə N.Qassub əlavə edib.

Xəbər lenti

Xəbər lenti