...

Hərbi hissələrdə ilk kitabxananın açılış mərasimi geniş ictimai nəzarətlə həyata keçiriləcək

Siyasət Materials 28 İyul 2006 19:14 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü ilə başlanan hərbi hissələr üçün kitabtoplama kampaniyasına artıq ölkənin bir sıra tanınmış ziyalıları, şair və yazıçıları qoşulublar. Bu barədə Trend ə VHP-dən məlumat verilib.

Qeyd edək ki, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı hərbi hissələrdə kitabxanaların yaradılması təşəbbüsü ilə çıxış edib və bu məqsədlə kitabtoplama kampaniyasına başlayıb. VHP səhhətindəki narahatlığa baxmayaraq xalq şairi Bəxtiyar Vahabzadənin də bu kampaniyaya qatılmasını əsgərlərimizə ziyalı sevgisinin nümunəsi kimi qiymətləndirib. Kampaniyaya Azərbaycanda yaşayan digər millətlərin nümayəndələri də qoşulublar.

Bu günə qədər 2000-ə yaxın kitab toplandığını bildirən Sabir Rüstəmxanlı onu da deyib ki, hərbi hissələrdə kitabxanaların yaradılmasına razılıq verməsi məqsədilə Müdafiə Nazirliyinə müraciət edib. Müdafiə Nazirliyindən ziyalıların başladığı bu kampaniyanı böyük məmnuniyyətlə dəstəklədikləri bildirilib. Razılaşmaya əsasən, kitablar sistemləşdirilərək nazirliyə təqdim ediləcək və Müdafiə Nazirliyi hərbi hissələrdə kitabxanaların formalaşdırılmasına başlayacaq.

İlk kitabxananın açılış mərasiminin isə geniş ictimai nəzarətlə həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti