...

AXCP-nin VII qurultayı bu ilin sonunda keçiriləcək

Siyasət Materials 4 Avqust 2006 14:28 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) VII qurultayının bu ilin sonunda keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə AXCP-nin sədr müavini Həsən Kərimov məluma verib.

O bildirib ki, rayon təşkilatlarında konfransların keçirilməsinə başlanılıb. Sentyabr ayında partiyanın Ali Məclisinin iclası keçiriləcək. Qurultayın vaxtına dair qərarı da Ali Məclis verəcək. H.Kərimovun sözlərinə görə, qurultayda partiya sədri hesabat verəcək, partiyanın sədri, Mərkəzi Təftiş Komissiyası seçiləcək, rayon şöbələri sədrlərinin səlahiyyətləri təsdiq olunacaq.

H.Kərimov onu da deyib ki, AXCP-nin daxil olduğu "Azadlıq" bloku sentyabrda kütləvi aksiyaların keçirilməsini gündəmə gətirəcək: "Ola bilər ki, elə sentyabr ayında da kütləvi aksiyalara, mitinqlərə başlanılsın. Aksiyalar əsasən Seçki Məcəlləsinin təkmilləşdirilməsi, ölkənin iqtisadi problemləri və Dalğıq Qarabağ məsələsi ilə bağlı olacaq, bu problemlərin həlli tələbləri qoyulacaq".

Xəbər lenti

Xəbər lenti