...

Gənc Türklər Təşkilatı "Gənclərin Qarabağ Xartiyası" adlı sənəd hazırlayacaq

Siyasət Materials 5 Avqust 2006 11:48 (UTC +04:00)

Gənc Türklər Təşkilatı (GTT) tərəfindən "Gənclərin Qarabağ Xartiyası" adlı sənəd hazırlanacaq. Bu barədə Trend ə GTT mətbuat xidmətindən bildiriblər.

Təşkilatdan qeyd ediblər ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı cəmiyyətdə tutduğu mövqeyindən vəsiyasi baxışlarından asılı olmayaraq bütün gənclər qüvvələrini birləşdirməlidir. Onu da bildirək ki, adıçəkilən təşkilat "Qarabağ Uğrunda Gənclərin Koordinasiya Mərkəzi"nin də yaradılması təşəbbüsü ilə çıxış edib.

Gənc türklər Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edirlər. "İrəli" Ümümrespublika Gənclər Hərəkatının həmtəsisçisi Fərhad Məmmədov isə bildirib ki, onlar Dağlıq Qarabağ məsələsi ilə bağlı bu təşkilatın istənilən təşəbbüsünə qoşulmağa hazırdırlar. Bir şərtlə ki, təşkilit hansısa siyasi qüvvənin maraqlarına yox, milli maraqlara xidmət etsin.

Xəbər lenti

Xəbər lenti