...

"Bizim Azərbaycan" bloku gələcək fəaliyyətini yeni ad altında quracaq

Siyasət Materials 8 Avqust 2006 12:18 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku gələcək fəaliyyətini yeni ad altında quracaq. Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Türk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturan bildirib.

V.Bəyturan qeyd edib ki, blokun Sədrlər Şurasının avqusun 8-də keçirdiyi toplantısında iki məsələ müzakirəyə çıxarılıb: "Blokun yeni əsasnaməsinin qəbulu və bir illik sədrlik institutunun formalaşdırılması. Birinci məsələ qəbul edilib. İkinci məsələnin müzakirəsi isə növbəti toplantılara saxlanılıb".

V.Bəyturan bildirib ki, gündəliyə salınmasa da toplantıda blokun adının dəyişdirilməsi və strukturunda dəyişikliklərin edilməsi məsələsi də müzakirə olunub: "Bloka daxil olan partiyaların əksəriyyəti "Bizim Azərbaycan" adının çox vaxt 2003-cü il oktyabrın 15-16 hadisələri ilə yanaşı çəkildiyini və müxalifətin aqressiv münasibətlərini yada saldığını əsas gətirib başqa ad altında fəaliyyət göstərməyin tərəfdarı olduqlarını bəyan ediblər".

TMP sədri bildirib ki, təklif olunan adlar arasında "İnkişaf", "Tərəqqi" və s. adlar var: "Biz istəyirik ki, gələcək fəaliyyətimizi yeni təfəkkür forması çərçivəsində quraq. Bu məsələlər blokun növbəti toplantısında müzakirə olunacaq". V.Bəyturan blokdan bəzi qüvvələrin kənarlaşdırılacağını da istisna etməyib.

Xəbər lenti

Xəbər lenti