...

Bələdiyyə seçkilərində 4634 nəfər namizəd iştirak edir

Siyasət Materials 9 Avqust 2006 13:39 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edən namizədlərin yekun sayı məlum olub. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Dairə seçki komissiyaları tərəfindən ümumilikdə 4638 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, bələdiyyə üzvlüyünə 4696 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənmişdi. Həmin şəxslərdən 4686-sı imza vərəqələrini götürmüşdü. Seçki sənədlərini təqdim edənlərin sayı isə 4641 nəfər olub. Onlardan 4638 nəfəri rəsmən namizəd kimi qeydə alınıb. Cəmi 3 nəfərin namizədliyinin qeydə alınmasından imtina olunub. Qeydə alınanlardan 4 nəfəri sonradan namizədliyini geri götürüb. Beləliklə, bələdiyyə seçkisində bugünkü rəqəmlərə görə, 4634 nəfər namizəd iştirak edir. Namizədlərdən 240 nəfəri qadındır.

Seçki marafonuna qoşulanlardan 2143 nəfəri bitərəfdir, 2215-i Yeni Azərbaycan, 23-ü AXC, 30-u Sosial Rifah, 26-sı BAXC, 23-ü VHP, 23-ü AMİP, 5-i Vətəndaş Birliyi, 6-sı Demokratik İslahatlar, 6-sı Ədalət, 13-ü Ümid, 43-ü Ana Vətən, 23-ü Müsavat, 5-i Böyük Quruluş, 8-i ADP-nin, 6-sı Kommunist partiyalarının üzvüdür. Qalan partiyaların hər birindən 1 nəfər namizədliyini verib. 22 nəfər isə siyasi mənsubiyyətini göstərməyib.

Qeyd edək ki, bu il oktyabrın 6-da 603 bələdiyyə üzrə 82 seçki dairəsinin 927 seçki məntəqəsində təkrar, əlavə, yeni və ilk seçkilər keçiriləcək. Seçiləcək bələdiyyə üzvlərinin sayı 1931, seçkidə iştirak edəcək seçicilərin sayı 809 min 643-dür.

Xəbər lenti

Xəbər lenti