...

DİN: Keçmiş polis rəisləri Nazim Nağıyev və Toğrul Rəhimovla bağlı yayılan məlumatların heç bir əsası yoxdur

Siyasət Materials 15 Avqust 2006 11:41 (UTC +04:00)

Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin keçmiş rəisi Nazim Nağıyev və Sabunçu rayon Polis İdarəsinin keçmiş rəisi Toğrul Rəhimovla bağlı ictimaiyyət arasında yayılan müxtəlif məlumatların heç bir əsası yoxdur. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru Ehsan Zahidov məlumat verib.

"Polis rəislərinin guya hansısa restoranda yüngül əxlaqlı qadınlarla yaxalanması barədə yayılmış məlumatlar heç bir fakta söykənmir və böhtan xarakteri daşıyır. Daxili İşlər Nazirliyi bir daha bəyan edir ki, Nazim Nağıyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun barəsində neqativ məlumatların yayılmasına səbəb isə N.Nağıyevin Səbail rayon Polis İdarəsində uzun müddət göstərdiyi fəaliyyəti ilə əlaqədardır".

E.Zahidovun sözlərinə görə, N.Nağıyev həmin ərazidə polis rəisi işləyərkən, müxalifətin ərazidə keçirdiyi qanunsuz mitinqlərdə, asayişin pozulmasına yönələn müxtəlif tədbirlərin qarşısının alınmasında onun böyük xidmətləri olub. Hazırda isə həmin qüvvələr polis rəisi barəsində müxtəlif məlumatlar yaymaqla, qisas almaq məqsədini güdür.

Qeyd edək ki, Nazim Nağıyev 2006-cı ilin iyul ayında daxili işlər naziri Ramil Usubov tərəfindən fəxri fərmana layiq görülərək, nazirin əmrinə əsasən yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Xəbər lenti

Xəbər lenti