...

DAK sədri Cavad Derəxti AŞPA-nın deputatları ilə görüşlər keçirəcək

Siyasət Materials 15 Avqust 2006 13:50 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları ilə görüşlər keçirəcək. Bu barədə Trend ə DAK-dan məlumat verilib.

Gələn ay DAK sədri Cavad Derəxti və onun beynəlxalq əlaqələr üzrə müavini Rəhim Şahbazi Avropa ölkələrində səfərdə olacaq. DAK rəhbərləri ilk olaraq Böyük Britaniyaya gedəcək, orada Avropa Şurası deputatlarının da qatıldığı simpoziumda iştirak edəcəklər. C.Derəxti AŞ-nin deputatları ilə ayrı-ayrılıqda görüşlər keçirəcək, onlarla bir sıra məsələlər, o cümlədən Güney Azərbaycan mövzusunda müzakirələr aparacaq.

Qeyd edək ki, DAK AŞPA-nın payız sessiyasında Güney Azərbaycandakı vəziyyətə dair müzakirələr aparılmasına çalışır. Ona görə də DAK sədri avropalı deputatlarla görüşlərdə AŞPA-nın payız sessiyasının gündəliyinə Güney Azərbaycanla bağlı məsələnin salınması təklifini çatdıracaq.

Qeyd edək ki, C.Derəxtinin Avropada görüşləri uzunmüddətli olacaq. İngiltərədən sonra o, müxtəlif ölkələrdə olacaq, bir sıra görüşlər keçirəcək. Həmin görüşlərin bəzilərində Beynəlxalq Demokrat İttifaqının (BDİ) üzvü olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti