...

Amerikalı senator Riçard Luqar Azərbaycan Milli Məclisinin spikeri ilə görüşüb

Siyasət Materials 21 Avqust 2006 14:58 (UTC +04:00)

ABŞ-dan olan respublikaçı senator Riçard Luqar avqustun 21-də Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov tərəfindən qəbul edilib. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında xüsusilə parlamentlərarası əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub.

Gün ərzində senatorun səfər gündəliyinə Azərbaycanın Sənaye və Energetika Nazirliyində görüşlər, o cümlədən prezident İlham Əliyevlə görüş daxildir.

Qeyd edək ki, R.Luqar Bakıya avqustun 20-də regional turne çərçivəsində gəlib. Amerikalı diplomatın Azərbaycana səfəri avqustun 22-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti