...

Sənaye və energetika naziri: 2007-ci ildə Azərbaycanda 11 mlrd. m3 qazdan istifadə olunacağı ehtimal olunur

Siyasət Materials 23 Avqust 2006 14:47 (UTC +04:00)
Sənaye və energetika naziri: 2007-ci ildə Azərbaycanda 11 mlrd. m3 qazdan istifadə olunacağı ehtimal olunur

Azərbaycan Rusiyadan idxal olunan təbii qazın həcmini azalda bilər. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin Trend ə eksklüziv olaraq bildirdiyi kimi, ölkə nümayəndələri bu yaxınlarda Moskvada danışıqlar aparıb, lakin bu gün nə qazın gələcək qiyməti, nə də həcmləri müəyyənləşdirilməyib.

Bu il ARDNŞ Rusiyadan $110/1min m3 qiymətinə 5 mlrd. kubmetrə qədər qaz almağı planlaşdırır.

"Mən hesab edirəm ki, biz qaz idxalını davam etdirəcəyik, lakin bunun hansı həcmdə olacağını gözdən keçirmək lazımdır. Gələn il artıq 4,5-5 mlrd. m3 yanacağın alınmasına ehtiyac duyulmayacaq. Daxili imkanlardan maksimal surətdə istifadə etmək daha sərfəlidir", - deyə o bildirib.

Onun sözlərinə görə, ölkənin daxili ehtiyatlarından istifadənin gücləndirilməsi üçün Azərbaycan Dövlət Neft Şirkətinə qaz proqramının həyata keçirilməsinin tezləşdirilməsi üçün artıq müvafiq sərəncam verilib.

"Bu il görülmüş tədbirlər nəticəsində plana nisbətən qaz hasilatının həcmi 0,5 mlrd. kubmetrə qədər artırılacaq. Bu günkü qiymətləndirmələrə görə, gələn il biz yanacaq hasilatını daha 0,5 mlrd. kubmetr artıra bilərik. Lakin biz qaz proqramını tezləşdirsək, bu, planlaşdırılan həcmdən 1 mlrd. kubmetr çox olacaq", - deyə N.Əliyev bildirib.

Nazir qeyd edib ki, idxal həcmlərinin müəyyənləşdirilməsi qismən Azərbaycanın yanacaq-energetika balansının göstəricilərindən asılıdır. "Balans hazırlandıqdan sonra Azərbaycana idxal qismində nə qədər qazın lazım olduğu məlum olacaq. Ölkənin balansı (yanacaq-energetika) hazırlanarkən bir neçə amil nəzərə alınacaq", - deyə o bildirib.

Nazir birinci amil kimi Azərbaycanın "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarının işlənməsi çərçivəsində alacağı səmt qazının həcmini göstərib. "İkinci amil - Azərbaycanın "Şahdəniz" yatağından alacağı qaz, Türkiyənin bu və gələn il üçün planlaşdırılmış həcmindən mümkün güzəştlər ola bilər", - deyə nazir bildirib.

Bununla yanaşı, ARDNŞ-in özünün müvafiq proqramları çərçivəsində cəlbedici qaz həcmlərinin alınma ehtimalı var.

"Biz qaz istifadəsini azalda bilmərik. Gələn il 11 mlrd. kubmetr qazdan istifadə etmək nəzərdə tutulub. Biz Azərbaycanda qaz hasilatının şəxsi daxili ehtiyatlarımızı toplayacaq və istehlak həcminə əsaslanaraq, qaz idxalının lazımi həcmi haqqında təsəvvürümüz olacaq", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti