...

Denis Bribosia: Azərbaycanın işğal olunmuş ərazilərində baş verən yanğınların beynəlxalq monitorinqinin keçirilməsi vacibdir

Siyasət Materials 24 Avqust 2006 12:00 (UTC +04:00)
Denis Bribosia: Azərbaycanın işğal olunmuş ərazilərində baş verən yanğınların beynəlxalq monitorinqinin keçirilməsi vacibdir

Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Denis Bribosia hesab edir ki, Ermənistan-Azərbaycan cəbhə xəttində yanğınların monitorinqinin keçirilməsi vacibdir. Trend in xəbər verdiyi kimi, bu barədə o, avqustun 24-də Bakıda jurnalistlərə bəyan edib.

"Cəbhə xəttində baş verən yanğınlar məni çox məyus edib", - deyə diplomat qeyd edib. O, monitorinqdə beynəlxalq təşkilatların və AŞ-nin iştirakının vacibliyini vurğulayıb.

D.Bribosia ümid etdiyini bildirib ki, bu məsələ müsbət həll olunacaq və bütün tərəfləri qane edəcək.

Xəbər lenti

Xəbər lenti