...

Müsavat Partiyası Məclisinin sədrliyinə namizədlərin verilməsi prosesinə sentyabrın 15-dən başlanacaq

Siyasət Materials 30 Avqust 2006 16:26 (UTC +04:00)

Müxalifətyönlü Müsavat Partiyası Məclisinin sədrliyinə namizədlərin verilməsi prosesinə sentyabrın 15-dən başlanacaq. Bu barədə Trend ə Müsavat Partiyasının başqan müavini Mehman Cavadoğlu bildirib.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin sədrliyinə yalnız sədrin birinci müavini Vurğun Əyyub və müavini Sülhəddin Əkbər namizədliklərini vermişdi. Məclisin iyulun 10-da keçirilən ilk iclasında namizədlərin heç biri səs toplamamışdı. Onu da bildirək ki, iclasda sədrin digər müavini Rauf Arifoğlu namizədlərin hər birinin ünvanına kəskin ittihamlar söyləmişdi ki, bu da sonradan partiya daxilində tərəflər arasında qarşıdurmaya səbəb olmuşdu.

Partiya Məclisinin sentyabrın 30-da keçirilməsi planlaşdırılıb. M.Cavadoğlu bildirib ki, Məclis sədri olmaq istəyənlər sentyabrın 15-dən 25-dək öz namizədliklərini verə bilərlər. O həmçinin vurğulayıb ki, Sülhəddin Əkbərlə Vurğun Əyyub da namizədliklərini yenidən vermək hüququna malikdirlər.

Xəbər lenti

Xəbər lenti