...

Azərbaycan abidələrinin məhv edilməsi faktının araşdırılması üçün Avropa parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Siyasət Materials 1 Sentyabr 2006 13:57 (UTC +04:00)

Azərbaycanın tarixi abidə və məzarlarının məhv edilməsi faktının araşdırılması üçün Avropa parlamenti nümayəndə heyətinin ilin sonunadək Azərbaycana səfər edəcəyi gözlənilir. Bu barədə Trend ə Azərbaycanın Belçikadakı səfiri, eləcə də Avropa Birliyindəki nümayəndəsi Arif Məmmədov bildirib.

Səfirin sözlərinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın işğal etdiyi ərazilərdə məhv edilmiş abidələrin siyahısını hazırlayır. Siyahı hazır olduqdan sonra o, Avropa Birliyinə təqdim olunacaq və bundan sonra nümayəndə heyəti Azərbaycana səfər edə bilər.

Ermənistan XİN bəyanat verib ki, Azərbaycan, guya ermənilərin mülahizələrinə görə, onların mənəvi və mədəni abidələrinin məhv edildiyi Naxçıvan ərazisində monitorinqin keçirilməsi üçün Avropa parlamentinə şərait yaratmır. A.Məmmədov bu bəyanatı şərh edərkən qeyd edib ki, Azərbaycanın əsas tələblərindən biri monitorinqin yalnız Azərbaycan ərazisində deyil, Ermənistanda, Ermənistanın işğal etdiyi ərazilərdə də keçirilməsidir. Yalnız bundan sonra Azərbaycan bu cür səfərin həyata keçirilməsinə icazə verəcək. Avropa parlamenti Azərbaycanın bu təklifini dəstəkləyib.

A.Məmmədov qeyd edib ki, Azərbaycan səfərin Avropa Birliyinin əməkdaşlığı üzrə parlamentlərarası komitənin yığıncağının keçirildiyi zaman baş tutmasını təklif edib. Yığıncaq noyabrın ortalarında Brüsseldə baş tutmalıdır. Səfir məsələnin parlamentlərarası komitədə deyil, ayrıca müzakirə edilmə ehtimalını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti