...

Ziyad Səmədzadə: BVF Azərbaycan hökumətinə ortamüddətli və uzunmüddətli perspektiv üçün büdcə proqnozlarını hazırlamağı təklif edib

Siyasət Materials 6 Sentyabr 2006 11:45 (UTC +04:00)
Ziyad Səmədzadə: BVF Azərbaycan hökumətinə ortamüddətli və uzunmüddətli perspektiv üçün büdcə proqnozlarını hazırlamağı təklif edib

Trend-i buradan izləyin

Bu gün Beynəlxalq Valyuta Fondu missiyasının başçısı, Yaxın Şərq və Orta Asiya ölkələri ilə iş üzrə Departamentin direktor müavini Vitali Kramarenko Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının rəhbəri Ziyad Səmədzadə ilə görüşüb.

Z. Səmədzadənin eksklüziv olaraq Trend ə verdiyi məlumata görə, görüşdə 2007-ci il üçün dövlət büdcəsi proqnozlarının hazırlanması, neft gəlirlərinin səmərəli istifadə olunması ilə bağlı məsələlər nəzərdən keçirilib. Eyni zamanda yeni tendensiyalar nəzərə alınmaqla iqtisadi siyasət, makroiqtisadi göstəricilərin həyat səviyyəsinə uyğunluğu müzakirə edilib.

"Biz yekdil fikrə gəldik ki, bu gün Azərbaycanda həyata keçirilən neft gəlirlərindən səmərəli istifadə siyasəti, şəffaflığın təmini, büdcə xərcləri strukturuna ediləcək dəyişikliklər tam obyektivdir. Bunlar obyektiv olaraq zəruri tədbirlərdir. Belə ki, sosial inkişaf göstəriciləri hələ də geriləməkdədir ", - deyə komissiya başçısı qeyd edib.

Azərbaycan prezidentinin regionların sosial-iqtisadi inkişafı, müasir infrastrukturun yaradılması üzrə qarşıya qoyulan məsələlərin həlli üçün həmçinin vəsait tələb olunur. Azərbaycan Milli Bankı və iqtisadi dövlət strukturları eyni vaxtda ölkədəki vəziyyəti diqqətlə nəzarətdə saxlamalıdırlar ki, büdcə xərclərinin artımı zamanı inflyasiya artımına yol verilməsin.

"Bu cür imkanların olduğu halda biz baza göstəriciləri üzərində dayana bilmərik. Amma biz missiyanı ölkənin istehlak qiymətlərinin artmasının qarşısını almaq mexanizmi olduğu barədə məlumatlandırsaq da, BMF bu məsələ ilə bağlı hələ də narahatdır", - deyə Z. Səmədzadə bildirib.

BMF missiyası hökumətə ortamüddətli (2-3 il) və daha çox uzunmüddətli perspektiv (5 il) üçün büdcə proqnozlarını hazırlamağı təklif edib.

Xatırladaq ki, missiyanın səfəri avqustun 30-dan başlayıb və sentyabrın 6-dək davam edəcək. Bu gün o, həmçinin Dövlət Statistika Komitəsində, Milli Bankda, Beynəlxalq Bankda və Maliyyə Nazirliyində görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti