...

Mərkəzi Seçki Komissiyası bildirişləri çap etdirərək DSK-lara çatdırıb

Siyasət Materials 6 Sentyabr 2006 12:43 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda 6 oktyabr 2006-cı ilə təyin olunmuş bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkilərlə bağlı bildirişlər çap etdirib. Bu barədə Trend ə MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirişlər seçicilərin səsverməyə dəvət edilməsi məqsədilə hazırlanıb. Bildirişlərdə seçicilərin maarifləndirilməsinə yönəlik izahlar da öz əksini tapıb. Burada səsvermə günü seçki məntəqəsində seçicinin atacağı addımlar barədə ətraflı məlumat verilir.

Bildirişlər açıqca formasındadır və artıq dairə seçki komissiyalarına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti