...

Allahşükür Paşazadə İKT-nin baş katibini "Şeyxülislam" ordeni ilə təltif edib

Siyasət Materials 11 Sentyabr 2006 17:02 (UTC +04:00)

Bakıda bu qədər yüksək səviyyəli İKT konfranslarının keçirilməsi Azərbaycanın islam dünyasında artan şöhrətinə dəlalət edir. Trend in xəbər verdiyi kimi, bu barədə sentyabrın 11-də Bakıda QMİ sədri şeyxülislam Allahşükür Paşazadə İKT olkələrinin turizm nazirlərini qəbul edərkən bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan 70 il SSRİ-nin tərkibində olmasına baxmayaraq, öz inamını qoruya bilib.

A.Paşazadə qeyd edib ki, Ermənistan tərəfindən ölkə torpaqlarının 20%-nin zəbt olunması ilə əlaqədar islam abidələri, məscidlər də işğal altındadır. Müsəlman ölkələri bu barədə məlumatın yayılmasına yardım etməlidir. QMİ sədri İKT baş katibi Əkmələddin İhsanoğlunu dəyərlərin yayılması istiqamətində xidmətlərinə görə "Şeyxülislam ordeni" ilə təltif edib. İhsanoğlu fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib. O əlavə edib ki, bu yaxınlarda BMT tərəfindən "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"lə bağlı qətnamənin qəbul edilməsi müsəlman ölkələri arasında əlaqələrin möhkəmlənməsindən xəbər verir.

Xəbər lenti

Xəbər lenti