...

Azərbaycan İslam Partiyası Roma Papasının dünya müsəlmanlarından üzr istəməsini tələb edir

Siyasət Materials 19 Sentyabr 2006 14:05 (UTC +04:00)

Sentyabrın 12-də Bavariyanın Regensburq universitetində çıxış edən Roma Papası XII Benediktin Mühəmməd Peyğəmbər (s.s) haqqında söylədiyi fikirlər ağlasığmaz ziddiyyətli məqamlardan xəbər verir. Trend xəbər verir ki, bu barədə Azərbaycan İslam Partiyasının (AİP) sentyabrın 19-da yaydığı bəyantda bildirilib.

Bəyanatda qeyd olunub ki, dini rəhbərə, onun mövqeyinə uyğun gəlməyən bu çıxış yalnız dinlərarası qarşıdurmaya xidmət etməkdən başqa bir şey deyil. Hər halda istər İslam dinindən xəbərsizlik, istərsə dinlər haqqında məsuliyyətsiz çıxışlar bütün dünya müsəlmanlarında Benediktin ali ruhani olmasına böyük şübhələr oyadır.

AİP hesab edir ki, bəşəriyyətin dinlərarası dialoqa böyük ehtiyacının olduğu indiki məqamda iki milyarddan çox insanı birləşdirən İslam dininə, Allahın sonuncu Rəsulu Həzrət Mühəmmədə (s.s) qarşı düzənlənən karikatura olayı xristian dünyası ilə İslam dünyası arasında mövcud xoş münasibətə ləkə gətirən addımlardır. Bəyanatda daha sonra deyilir: "Biz İslama qarşı çevrilən qüvvələrin bəşəriyyət qarşı çevrildiyinə əminik. Çünki İslam dini Allah tərəfindən bütün bəşəriyyətə sülh dini, ədalət və bərabərlik dini kimi bəxş olunub".

AİP hesab edir ki, Benedikt tezliklə səhvini başa düşüb etiraf etməli və bütün dünya müsəlmanlarından üzr istəməlidir.

Onu da bildirək ki, 50 minə yaxın üzvü olduğu AİP 1991-ci ilin avqustunda təsis olunub. 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınan partiya 1995-ci il parlament seçkiləri ərəfəsində təkrar qeydiyyata alınmayıb.

Xəbər lenti

Xəbər lenti