Azərbaycan prezidenti İlham Əliyev bu gün Neftçilər Günü münasibəti ilə Milli Parkda keçirilən təntənəli mərasimlərdə iştirak edib. Trend in xəbər verdiyi kimi, tədbirdə həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullyaev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və başqaları iştirak ediblər.
ARDNŞ tərəfindən təşkil olunmuş sərgidə şirkətin hər bir bölməsi müəssisənin tarixi və texnoloji proseslərin təsvir olunduğu stendlər nümayiş etdirib.
Həmçinin böyük konsert proqramı təşkil olunub. Konsertin sonunda atəşfəşanlıq olacaq.