...

Ukrayna prezidentinin iştirakı ilə keçiriləcək abidə kompleksin açılış mərasiminə Azərbaycan diaspor nümayəndələri də qatılacaq

Siyasət Materials 21 Sentyabr 2006 10:31 (UTC +04:00)

Sentyabrın 27-də Ukrayna prezidenti Viktor Yuşşenkonun iştirakı ilə bu ölkədə, Babi Yar adlanan ərazidə yəhudilərin soyqırımına həsr olunmuş memorial kompleksin açılış mərasimi keçiriləcək. Bu barədə Trend ə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Oqtay Əfəndiyev məlumat verib.

Açılış mərasimində UAK-ın sədri Oqtay Əfəndiyev,Ukraynanın baş naziri Viktor Yanukoviç, Ali Radanın (parlament) deputatları, ictimai, siyas xadimlər, bir neçə dövlətdən rəsmi nümayəndələr iştirak edəcəklər.

"Azərbaycan Respublikasından da rəsmi şəxslərdən ibarət nümayəndə heyətinin iştirakı gözlənilir"-deyə O.Əfəndiyev bildirb.

O.Əfəndiyevin həmin tədbirdə çıxış etməsi də gözlənilr. Almanlar tərəfindən qətlə yetirilmiş 300 min yəhudinin xatirəsinin yad olunduğu tədbirdə UAK sədri azərbaycanlıların yəhudilərlə həmrəyliyini, onların faciəsini anlayışla qarşıladığını və kədərlərinə şərik olduğumuzu diqqətə çatdıracaq. Çünki Azərbaycan xalqı tarixdə bir neçə dəfə ermənilər tərəfindən soyqırıma məruz qalıb, XIX, XX əsrlərdə yüz minlərlə azərbaycanlı erməni quldur dəstələrinin qurbanına çevrilib. XX əsrin sonlarında dünyada ən dəhşətli faciələrdən biri olan Xocalı qoyqırımı baş verib.

Xəbər lenti

Xəbər lenti