...

Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə təhsil islahatlarının konseptual istiqamətlərinə dair dəyirmi masa keçirilib

Siyasət Materials 21 Sentyabr 2006 15:18 (UTC +04:00)

Sentyabrın 21-də Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında Demokratik İslahatlar Partiyasının (DİP) təşəbbüsü ilə Azərbaycanda təhsil islahatlarının konseptual istiqamətlərinə dair dəyirmi masa keçirilib. Trend xəbər verir ki, dəyirmi masada Azərbaycanın təhsil naziri, Milli Məclisin üzvləri, partiya sədrləri, bir sıra institutların rəhbərləri iştirak ediblər.

Dəyirmi masanı açan DİP sədri, millət vəkili Asim Mollazadə toplantıda əsasən konseptual məsələlərin, Boloniya sisteminin Azərbaycanın təhsil sisteminə təsiri barədə müzakirələrin aparılacağını qeyd edib.

Azərbaycan Universitetinin prorektoru, professor Xaləddin İbrahimli Boloniya prosesindən danışaraq bildirib ki, bu sistem 1999-cu ildə İtaliyanın Boloniya şəhərində qəbul edilib. Professor qeyd edib ki, Azərbaycanda İctimai Təhsil Şurası yaradılmalıdır ki, Boloniya sisteminə qoşulmaqda problem yaranmasın. X.İbrahimli Boloniya sisteminin tələblərindən danışıb: "Qanunçuluq bazası yaxşılaşdırılmalı, orta məktəb 12 illik sisteminə keçməli, aspirantura 3 illik təhsil pilləsi kimi qəbul olunmalıdır".

Professor həmçinin akademik çeviklik, məktəblərin kreditləşmə sisteminə keçirilməsinin vacibliyini də vurğulayıb. Bu sistemə keçidin özəl ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivlərinə müsbət təsir edəcəyini vurğulayıb. X.İbrahimli müştərək tədris proqramlarının hazırlanmasının da önəmli olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti