...

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

Siyasət Materials 21 Sentyabr 2006 17:47 (UTC +04:00)

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək. Bu barədə Trend ə partiya başqanının müavini Arif Hacılı məlumat verib.

Qeyd edək ki, Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 23-də saat 16.00-dan 19.00-dək metronun "20 Yanvar" stansiyasından başlayaraq Həsən bəy Zərbadi küçəsindən keçməklə Dövlət Film Fondunun binası qarşısındakı meydanadək (keçmiş "Qələbə" kinoteatrı) yürüş-mitinq keçirməyi planlaşdırırdı. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış müraciətə sentyabrın 21-də cavab göndərilib və aksiyanın keçirilməsinə razılıq verilməyib.

Arif Hacılı bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin bu cavabı Azərbaycan Konstitusiyasının və "Sərbəst toplaşmaq haqqında" Qanunun tələblərinə ziddir. Başqan müavini qeyd edib ki, Müsavat Partiyası sentyabrın 22-də məhkəməyə şikayət verəcək. "Biz bu yolla Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətlərinin qarşısını almağa, ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunmasına çalışacaq və hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik"-deyə A.Hacılı vurğulayıb.

O, həmçinin qeyd edib ki, Müsavat Partiyası yürüş-mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət ünvanlayacaq. Bu barədə partiyanın Divanının sentyabrın 25-də keçiriləcək iclasında qərar qəbul olunacaq.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı Azərbaycan parlamentinin eks-spikeri İsa Qəmbər 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti