...

Azərbaycan prezidenti Almaniyaya yola düşüb

Siyasət Materials 22 Sentyabr 2006 12:01 (UTC +04:00)

Prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan hökümətinin nümayəndə heyəti sentyabrın 22-də Beynəlxalq Bertelsmann Forumunda iştirak etmək üçün Almaniyaya yola düşüb. Trend xəbər verir ki, forum sentyabrın 22-23-də Berlində keçiriləcək.

Dövlət başçısı Forumun ilk günü tədbirlərdə iştirak edəcək. İlham Əliyevin Almaniya kansleri Angela Merkel ilə ayrıca görüşü nəzərdə tutulub.

Qeyd edək ki, forumu Almaniyanın Bertelsmann fondu təşkil edir. Bu, Almaniyada ən böyük özəl fonddur və fondun missiyası aktual ictimai problemlərin həllini tapmağa imkan verən layihələrin hazırlanmasından ibarətdir. Fond 1977-ci ildə müstəqil qeyri-kommersiya təşkilatı kimi Reynxard Monom tərəfindən yaradılıb. Büdcəsi 200 milyondan artıq alman markasından, ştatı isə 200 nəfərdən ibarət olan fond eyni vaxtda təxminən 150 layihə hazırlamağa qadirdir. Fondun iş istiqamətlərinə iqtisadiyyat, inzibati idarəetmə, KİV, siyasət, mədəniyyət, ictimai kitabxanalar, tibb və səhiyyə, xeyriyyə təşkilatları, ali təhsil aiddir.

Xəbər lenti

Xəbər lenti