Milli Məclisin deputatları Musa Quliyev və Iidadi Məmmədov "Mərkəzi Asiya və Şərqi Avropa ölkələrində QİÇS-in yayılmasına qarşı mübarizədə qanunvericilik tədbirləri və beynəlxalq əməkdaşlığın prioritetləri" mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün sentyabrın 23-də Bişkekə yola düşəcəklər. Bu barədə Trend ə Milli Məclisdən bildiriblər.
Konfransda QİÇS-in qarşısının alınmasında parlamentlərin rolu, bu sahədə qanunvericiliyin inkişafı, qarşılıqlı təcrübə mübadiləsi və digər mövzularda müzakirələr aparılacaq.
Səfər sentyabrın 26-da başa çatacaq.