Bir neçə gündən sonra Gəncədə yeni tikilən Jardel-Röyal qənnadı fabrikində yoxlama işləri aparılacaq. Bu barədə məlumatı Trend ə fabrikin direktoru Asif İbrahimov verib.
O bildirdi ki, fabrikdə işlər, demək olar ki, yekunlaşıb. Burada Türkiyə və İtaliyadan gətirlmiş yeni istehsal avadanlıqları quraşdırılıb ki, bunlar vasitəsiylə yuksək keyfiyyətli qənnadı məhsulları istehsal etmək mümkün olacaq. Direktor qeyd edib ki, fabrikdə istehsal olunan məhsullar ilk olaraq respublika bazarlarında satışda olacaq. Daha sonra isə məhsul xarici bazarlara çıxarılacaq.
A.İbrahimovun sözlərinə görə, Jardel-Röyal fabrikinin aylıq istehsal gücü 150-200 ton olacaq. İlkin olaraq burada 150 nəfrəin işləyəcəyi planlaşdırılır.
Qeyd edək ki, fabrikin açılışı prezidentin bölgəyə səfəri dövrünə planlaşdırılır.