...

Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbərliyində dəyişiklik edilib

Siyasət Materials 25 Sentyabr 2006 13:24 (UTC +04:00)

Sentyabrın 25-də Azərbaycanın Qazax şəhərində Gürcüstan Azərbaycanlıları Milli Assambleyası (GAMA) Müvəqqəti Ali Komitəsinin iclası kecirilib. Bu barədə Trend ə GAMA-dan məlumat verilib.

İclasda Gürcüstanda keciriləcək bələdiyyə seckiləri öncəsi durum müzakirə edilib və təşkilati məsələlərə baxılıb. GAMA prezidenti Daşqın Gülməmmədov bildirib ki, artıq bələdiyyə seckilərinin saxtalaşdırılmasına hazırlıq görülür, bu dəfə də seçkidə xalqın iradəsi ifadə olunmayacaq. Buna görə də seçkilərdə iştirakdan imtina edilməli və secki kütləvi surətdə boykot edilməlidir.

İclasda təşkilati məsələlərə baxılıb və GAMA-nın vitse-prezidenti Alman Binnətov, GAMA Müvəqqəti Ali Komitəsinin sədri Təbriz Əliyev, Müvəqqəti Ali Komitənin icracı katibi Qəhrəman Qəhrəmanov, GAMA-nın baş katibi Niyazi Hüseynov və GAMA Acaristan Komitəsinin sədri Tengiz Qacarlı tutduqları vəzifələrdən azad ediliblər.

İclasda Tanırverdi Allahverdiyev GAMA Müvəqqəti Ali Komitəsinin sədri, Səbuhi Süleymanov isə baş katib seçilib.

Xəbər lenti

Xəbər lenti