...

Yusif əl Şərkavi: Misir gələn ilin əvvəlində Azərbaycanla hökumətlərarası komissiyasının növbəti iclasını keçirməyi təklif edir

Siyasət Materials 2 Oktyabr 2006 14:01 (UTC +04:00)

Misir hökuməti gələn ilin əvvəlində Azərbaycanla iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclasını keçirməyi təklif edir. Bu barədə Trend ə Misirin Azərbaycandakı səfiri Ysif əl Şərkavi məlumat verib.

"Misir tərəfinin təklifi artıq Azərbaycan hökumətinə təqdim olunub və cavab gözlənilir", - deyə səfir qeyd edib. Hökumətlərarası komissiyanın əvvəlki iclası Qahirədə keçirildiyindən, III iclasın Bakıda təşkil edilməsi planlaşdırılır.

İclasın gündəliyi bu ərəfdə işlənib hazırlanacaq. Xatırladaq ki, komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Heydər Babayev, Misir tərəfdən isə xarici əlaqələr üzrə nazir xanım Faiza Əbul Naqadır.

Xəbər lenti

Xəbər lenti