...

Milli Məclis YUNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiyasını təsdiq edib

Siyasət Materials 2 Oktyabr 2006 17:44 (UTC +04:00)

Milli Məclis YUNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiyasını təsdiq edib. Trend xəbər verir ki, sənəd Milli Məclisin oktyabrın 2-də keçirilən payız sessiyasının ilk iclasında müzakirə olunub.

Məsələ ilə bağlı çıxış edən Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov bildirib ki, maddi mədəniyyət abidələrinin qorunub saxlanması barəsində dünyada böyük təcrübə var: "Amma qeyri-maddi, yəni mənəvi mədəniyyət abidələrinin qorunub saxlanmasının texnologiyası çox mürəkkəbdir". Professor qeyri-maddi mədəniyyətə dil və dildən yaranmış ifadələr, ifaçılıq sənətləri, sosial təcrübədə, mərasim və bayramlarda əmələ gəlmiş müəyyən ənənələr, bir sıra bilik və təcrübələr, təsəvvürlər, qeyri-maddi yaradıcılıq texnologiyalarının aid olunduğunu bildirib: "Məqsəd budur ki, konvensiyaya qoşulan dövlətlər, birincisi, qeyri-maddi mədəniyyət abidələrinin xarakteri barəsində cəmiyyətə məlumat versin, ikincisi, onların qorunması üçün maddi vəsait sərf etsin, üçüncüçü, bu sahədə beynəlxalq əməkdaşlıq edilsin. Təbii ki, Azərbaycanın bu konvensiyaya qoşulması zərurətdir. Ona görə ki, Azərbaycanın mənəvi mədəniyyəti daha zəngindir".

Məsələ ilə bağlı çıxış edən millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, qeyri-maddi mədəni irsimizin siyahısını tərtib edib YUNESKO-ya göndərməliyik: "Araşdırmalıyıq ki, Azərbaycan dilinə, folkloruna, adətlərimizə münasibət necədir. Azərbaycanda toy və yas mərasimləri qanuna salınmalıdır. Səfirliklər və beynəlxalq təşkilatların nümayəndəlikləri İçərişəhərdən çıxarılmalıdır. Maşın karvanı İçərişəhəri tezliklə sıradan çıxaracaq".

Çıxış edən digər millət vəkilləri Azərbaycanın bu konvensiyaya qouşlmasının zəruriliyindən danışıblar. Fəzail Ağamalı bildirib ki, bu konvensiya vasitəsilə qeyri-maddi mədəni irsimizə yönələn təcavüzün qarşısını ala bilərik. Səsvermə nəticəsində sənəd qəbul edilib.

Xəbər lenti

Xəbər lenti