...

YAP-ın sədr müavini ATƏT müşahidəçiləri ilə görüşüb

Siyasət Materials 5 Oktyabr 2006 16:36 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov oktyabrın 5-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun seçki məsələləri üzrə eksperti xanım Berit Lindeman və Kamen İvanovu qəbul edib. Bu barədə Trend ə partiyanın mətbuat xidmətindən bildiriblər.

Görüşdə 6 oktyabr tarixdə keçirildəcək təkrar, əlavə və yeni bələdiiyə seçkilərinə hazırlıq işləri barəsində geniş fikir mübadiləsi aparılıb. YAP sədrinin müavini ATƏT nümayəndələrinin sorğusuna cavab olaraq seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlər, partiya namizədlərinin təbliği və təyin olunmuş müşahidəçilər barəsində ətraflı məlumat verib.

ATƏT təmsilçiləri YAP-ın seçkilərə hazırlıq işlərindən məmnunluqlarını ifadə edib və bütövlükdə ölkədə seçkilərə hazırlıq işinin yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırıblar.

Xəbər lenti

Xəbər lenti