Azərbaycan öz ərazisində neft yataqlarının işlənməsində Rusiya şirkətlərinin iştirakının tərəfdarıdır. Trend in xəbər verdiyi kimi, bu barədə Moskvada İTAR-TASS agentliyinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
"Əgər Rusiya şirkətləri Azərbaycan yataqlarından neft hasilatında iştirak etmək istəyirsə, biz bunu yalnız alqışlayırıq", - deyə o vurğulayıb. "Bu məsələdə bir çox şey Rusiyanın neft-qaz sektorunun fəallığından asılıdır", - deyə E.Məmmədyarov hesab edir. Onun sözlərinə görə, bütövlükdə "Rusiya-Azərbaycan münasibətlərinin inkişaf dinamikası çox yaxşıdır. Həm iqtisadi, həm də mədəni və təhsil sahələrində bir çox maraqlı layihələr həyata keçirilir", - deyə o bildirib.
Bundan başqa, E.Məmmədyarov Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətləri Gürcüstana nümunə çəkib. "Əlaqələrimiz qarşılıqlı hörmət müstəvisi və mehriban qonşuluq kontekstində inkişaf edir", - deyə nazir bildirib. "Dillə bağlı maneənin olmadığı, Rusiyadakı kimi bu cür iri bazarın olduğu, Azərbaycanın kənd təsərrüfatının inkişaf və mədəni yaxınlıq imkanlarının mövcud olduğu halda əlaqələrimizin, iqtisadiyyatımızın inkişafına kömək etməmək günah olardı", - deyə nazir qeyd edib.