...

Bakıda MDB-nin mədəni əməkdaşlıq üzrə XXI iclası başlayıb

Siyasət Materials 9 Oktyabr 2006 11:40 (UTC +04:00)
Bakıda MDB-nin mədəni əməkdaşlıq üzrə XXI iclası başlayıb

Trend in xəbər verdiyi kimi, oktyabrın 9-da Bakıda MDB ölkələrinin mədəni əməkdaşlıq üzrə XXI iclası başlayıb.

Toplantıda Azərbaycan, Belarus və Rusiya nazirləri, digər ölkələr isə mədəniyyət nazirliklərinin rəsmi nümayəndələri və Bakıda akkreditə olunmuş səfirlər səviyyəsində təmsil olunub.

İclasın güdəliyinə 9 məsələ daxil edilib. Bunlar arasında mədəniyyət sahəsində mədəni və humanitar əməkdaşlığın perspektivləri, MDB ölkələrinin "Birliyin əfsanələri" və digər birgə elmi-metodiki layihələri var.

Şuranın iclası zamanı MDB ölkələrinin 2010-cu ilədək mədəniyyət sahəsində əməkdaşlıq üzrə əsas tədbirlərinin müzakirəsi planlaşdırılır.

İclası açan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev qeyd edib ki, son vaxtlar birlik ölkələrinin mədəniyyət sahəsində əməkdaşlığının inkişafı məqsədilə Şura çərçivəsində bir çox tədbirlər həyata keçirilib. "Bizim bütün təşəbbüslərimiz MDB dövlət başçıları tərəfindən dəstəklənir", - deyə o qeyd edib.

Azərbaycan Şurada sədrlik edən ölkə kimi gələcəkdə də bu sahədə əməkdaşlığın inkişafı üçün əlindən gələni edəcək. MDB İcraiyyə Komitəsinin sədr müavini Samat Ordabayev Birlik ölkələrinin humanitar sahədə əməkdaşlığının inkişafının əhəmiyyətini qeyd edərək bildirib ki, bu, ölkələr arasında "dostluq körpüsü"nün qorunmasına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti