...

Robert Simmons: NATO Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan sülh danışıqlarını diqqətlə izləyir

Siyasət Materials 9 Oktyabr 2006 12:25 (UTC +04:00)
Robert Simmons: NATO Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan sülh danışıqlarını diqqətlə izləyir

NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan sülh danışıqlarının gedişini diqqətlə izləyir və münaqişənin sülh yolu ilə həllinə ümid edir. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 9-da Bakıda jurnalistlərə NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simmons bəyan edib.

O bildirib ki, Bakıya bir sıra məsələləri, o cümlədən Azərbaycan-NATO münasibətlərini və regionda vəziyyəti müzakirə etmək üçün gəlib.

Oktyabrın 9-da səhər xüsusi nümayəndə ölkənin müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparıb. İkinci görüş isə xarici işlər naziri Elmar Məmmədyarovla keçirilib.

Xəbər lenti

Xəbər lenti