...

Səfir: Azərbaycan və Polşa arasında ticarət dövriyyəsi ilin sonuna kimi $50 mln. çatacaq

Siyasət Materials 9 Oktyabr 2006 16:05 (UTC +04:00)
Səfir: Azərbaycan və Polşa arasında ticarət dövriyyəsi ilin sonuna kimi $50 mln. çatacaq

Azərbaycan və Polşa arasında ticarət dövriyyəsi ilin sonuna kimi $50 mln. çatacaq. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski bildirib.

Onun sözlərinə görə, Polşa və Azərbaycan arasında ticarət dövriyyəsinin dinamikası keçən il 135%-ə çatıb, 2006-cı ilin birinci yarısı üçün ilkin göstəricilər isə qarşılıqlı ticari əlaqələrin gələcək inkişafından xəbər verir.

2005-ci ildə Qazaxıstan və Rusiya ilə yanaşı, MDB ölkələri arasında ən yüksək iqtisadi artıma nail olmuş Azərbaycan polşalı sahibkarlar üçün ən iri xarici investisiyalar ərazisidir, - deyə səfir qeyd edib. Polşa sahibkarları bilirlər ki, ölkənin iqtisadi artımı həm sabit siyasi vəziyyət, həm də tətbiq olunan bazar islahatlarının nəticəsidir.

Xəbər lenti

Xəbər lenti