...

Azərbaycan və NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 9 Oktyabr 2006 17:56 (UTC +04:00)

Oktyabrın 9-da Bakıda Azərbaycan prezidenti İlham Əliyevin NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simmons ilə görüşündə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Trend in xəbər verdiyi kimi, NATO baş katibi Yaap de Hoop Sxefferin salamlarını çatdıran diplomat "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı" çərçivəsində ikitərəfli əməkdaşlığın genişlənməsindən məmnun olduğunu bildirib.

İlham Əliyev R.Simmonsun "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı" çərçivəsində Azərbaycan və NATO arasında əməkdaşlığın uğurla həyata keçirilməsi ilə bağlı fikrini bölüşərək əlaqələrin gələcək inkişafına ümid bəslədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti