...

Azərbaycandakı ictimai-siyasi qurumlar Fransa parlamentinin qərarına dair etiraz bəyanatları veriblər

Siyasət Materials 13 Oktyabr 2006 16:16 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi qurumlar Fransa parlamentində qondarma "erməni soyqırımı"nı tanımayanların cəzalandırılmasına dair qanun qəbul etməsini etirazla qarşılayıblar. Trend in məlumatına görə, oktyabrın 13-də bir neçə siyasi partiya, ictimai qurum, qeyri-hökumət təşkilatları Fransa parlamentinin bu addımı ilə bağlı etiraz bəyanatları yayıblar.

Müsavat Partiyasının bəyanatında bildirilir ki, belə bir ədalətsiz qərar nəinki Türkiyə-Fransa münasibətlərinin gərginləşməsinə səbəb olub, həm də Fansanın demokatik pinsiplərə nə dərəcədə "sadiq olduğunu" göstərir: "Fransanın Minsk qrupunda həmsədr dövlət kimi ədalətli mövqe tutacağı artıq böyük şübhə doğurur. Bu qərar Fransanın Azərbaycanla da münasibətlərində mənfi rol oynayacaq".

Azadlıq Hərəkatçıları Birliyi (AHB), bir neçə siyasi partiyanın birləşdiyi "Bizim Azərbaycan" bloku, "Azərbaycan yolu" Siyasi Hərəkatı, "İrəli" Ümumrespublika Gənclər Hərəkatı və digər ictimai-siyasi qurumlar bəyanat verərək, Fransa parlamentinin irticaçı bir qanun qəbul etməsinə etirazlarını bildiriblər. Bəyanatlarda Fransanın ermənipərəst mövqeyi, bu ölkənin parlamentinin qeyri-demokratik və işğalçı ölkəyə dəstək verən addımı pislənilir. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) və "Bizim Azərbaycan" bloku isə Fransanın Bakıdakı səfirliyi qarşısında piket keçirməyi planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti