...

Moldovalı gənclər və bu ölkənin nazir müavini "İrəli" Gənclər Hərəkatında görüş keçiriblər

Siyasət Materials 26 Oktyabr 2006 19:34 (UTC +04:00)

Bakıda səfərdə olan Moldovanın Maarif və Gənclər nazirinin müavini Krudu Valentin və bu ölkənin gənclər təşkilatlarının nümayəndələri oktyabrın 26-da Bakıda "İrəli" Gənclər Hərəkatında görüş keçiriblər. Trend in məlumatına görə, görüşdə nazir müavini, Moldovanın və Azərbaycanın gənclər təşkilatlarının üzvləri, tələbələr, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə moldovalı qonaqlarla "İrəli" təşkilatının üzvləri arasında qarşılıqlı tanışlıq olub.

Sonra "İrəli" Gənclər Hərəkatının həmtəsisçiləri Elnur Məmmədov, Rəşad Məmmədov və başqaları bu qurumun yaranması, fəaliyyət istiqamətləri, ideya və təşəbbüsləri, həyata keçirdiyi layihələri barədə məlumat veriblər. Çıxışçılar bu Hərəkatın 2005-ci il 26 avqustda yaradıldığını, hazırda 1000-dən çox üzvünün olduğunu və prezident İlham Əliyevin siyasi kursunu, onun həyata keçirdiyi bütün islahatları dəstəklədiyini diqqətə çatdırıblar. Həmçinin "İrəli"nin strukturu, təşkilatlanması, bölmələri, üzvləri, planları haqqında qonaqlara ətraflı məlumat verilib.

Sonra moldovalı qonaqların müxtəlif sualları cavablandırılıb. Moldovanın Maarif və Gənclər nazirinin müavini Krudu Valentin öz ölkəsində gənclərin fəallığı barədə danışıb, həmçinin Azərbaycanda da bu qurumun xeyli güc qazandığını deyib. Sonra Azərbaycan və Moldova gəncləri arasında fikir mübadiləsi, diskussiyalar aparılıb.

Qeyd edək ki, Moldovanın nazir müavini və bu ölkəni təmsil edən bir qrup gənc Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəvəti ilə Bakıda səfərdədirlər.

Xəbər lenti

Xəbər lenti