...

Buzovna bələdiyyəsinə seçkilərin nəticələri "Azad və Ədalətli seçkilər uğrunda" Məşvərət Şurasının aktları əsasında etibarsız sayılıb

Siyasət Materials 27 Oktyabr 2006 18:51 (UTC +04:00)

Bu il oktyabrın 6-da 13 saylı Əzizbəyov birinci dairə seçki komissiyasında Buzovna bələdiyyəsinə keçirilən təkrar seçkilərin nəticələrinin etibarsız sayılması

"Azad və Ədalətli seçkilər uğrunda" Məşvərət Şurasının öz müşahidələri əsasında MSK-ya təqdim etdiyi şikayət əsasında həyata keçib. Bu barədə Trend ə "Azad və Ədalətli seçkilər uğrunda" Məşvərət Şurasının katibi Çingiz Dadaşov məlumat verib.

O bildirib ki, Məşvərət Şurasının müşahidəçiləri tərəfindən qeydə alınan qanun pozuntuları haqqında tərtib edilmiş 46 ədəd akt oktyabrın 8-də 13 saylı Dairə Seçki Komissiyasına, oktyabrın 13-də isə Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Bu aktlarla bərabər yekun protokollarının 15 ədəd surəti, 3 ədəd məntəqə seçki komissiyarının möhürü və imzaları ilə təsdiq olunmuş aktlar və 2 ədəd 6 saatlıq videoçəkiliş kasetləri də təqdim olunmuşdu. Məşvərət Şurasının apardığı monitorinqin nəticəsində MSK-nın 25 oktyabr 2006-ci il tarixli, 43/176 saylı qərarına əsasən, 13 saylı Əzizbəyov birinci seçki dairəsi üzrə təkrar Buzovna bələdiyyəsinə keçirilən seçkilərlə əlaqədar dairənin 10, 11, 13, 15, 16, 17, habelə 124 saylı Şuşa-Füzuli - Xocalı-Xocavənd seçki dairəsinin 8 saylı məntəqələrinin nəticəsi ləğv olunub və ümumilikdə Buzovna bələdiyyəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.

Xəbər lenti

Xəbər lenti