...

Azərbaycanda uşaq polisi yaradılacaq

Siyasət Materials 30 Oktyabr 2006 14:00 (UTC +04:00)

Azərbaycanın Daxili İşlər Nazirliyi uşaq polisi xidməti yaratmağa hazırlaşır. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yetkinlik Yaşına Çatmayanlar Arasında Profilaktik İşin Təşkili Şöbəsinin rəisi Kamal İmamverdiyev məlumat verib.

K.İmamverdiyevin sözlərinə görə, daxili işlər nazirinə tabe olacaq bu bölmə müstəqil xidmət statusunda fəaliyyət göstərəcək. "Daxili İşlər Nazirliyində uşaq cinayətləri ilə əlaqədar uzun illər şöbə fəaliyyət göstərib və hazırda da öz fəaliyyətini davam etdirir. Avropaya inteqrasiyamız, beynəlxalq konvensiyalara qoşulmağımızla əlaqədar artıq Azərbaycanda da yuvenal ədliyyə sisteminin yaradılması ilə bağlı Prezidentin rəsmi fərmanı mövcuddur. Daxili İşlər Nazirliyi də həm prezidentin müvafiq fərmanından irəli gələrək, gəm də beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq işini təkmilləşdirməyi planlaşdırıb. Şöbənin həm fəaliyyət istiqamətində, həm də adında dəyişikliklər olacaq" - deyə K.İmamverdiyev bildirib.

Şöbə rəisinin söxzlərinə görə, hazırda Azərbaycanda cinayət törətmiş uşaqlarla bağlı yalnız Daxili İşlər Nazirliüinin tərkibində şöbə fəaliyyət göstərir. "Respublikanın Baş Prokurorluğunda uşaq cinayətlərinə nəzarət şöbəsi olub, o da bir müddət əvvəl ləğv edilib. Hazırda Azərbaycanda uşaqlar üçün nəzərədə tutulan nə vəkil, nə məhkəmə, nə də ədliyyə fəaliyyət gösiərmir. Bunlar mərhələ-mərhələ yaradılacaq" - deyə K.İmamverdiyev söyləyib.

Xəbər lenti

Xəbər lenti