...

Dondurulmuş münaqişələr olan ərazilərdə ekoloji vəziyyət Vyanada müzakirə olunacaq

Siyasət Materials 30 Oktyabr 2006 15:24 (UTC +04:00)

Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndələri Ətraf Mühit və Təhlükəsizlik üzrə Təşəbbüs Təşkilatı (ENISEC) Məsləhət Şurasının görüşündə iştirak edəcəklər. Görüşdə Cənubi Qafqazdakı dondurulmuş münaqişə ərazilərində ekoloji vəziyyət müzakirə olunacaq. Azərbaycanın Avstriyadakı səfirliyindən Trend ə verilən məlumata görə, görüş oktyabrın 31-də Vyanada keçiriləcək.

Xatırladaq ki, bu təşəbbüs BMT, ATƏT, NATO təşkilatları, BMT-nin ətraf mühit üzrə proqramı, Avropa Komissiyası və Ətraf Mühit Mərkəzi tərəfindən irəli sürülüb. Görüşü ATƏT-in iqtisadi və ekoloji fəaliyyət məsələləri üzrə koordinatoru və ENISEC rəhbəri Bernard Snou açacaq. Sonra Şərqi Avropa, Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə nümayəndələrin təqdimatları olacaq.

Xatırladaq ki, Barnard Snounun başçılığı ilə ATƏT-in beynəlxalq ekspert qrupu Dağlıq Qarabağda olub. Məqsəd yanğınlar nəticəsində vurulan ziyanı qiymətləndirmək olub. 10 günlük monitorinqdən sonra missiya yanğınların böyük ərazini əhatə etdiyini və böyük ziyan vurduğunu bildirib. Ekspert qrupu hesab edir ki, gələcəkdə regional və beynəlxalq əməkdaşlıq çərçivəsində yanğınların aradan qaldırılması və söndülüməsi istiqamətində tədbirləri gücləndirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti