...

Prezident İlham Əliyevin Belçikaya səfəri Azərbaycan və Avropa Birliyi arasında münasibətlərin yaxınlaşmasından xəbər verir

Siyasət Materials 30 Oktyabr 2006 20:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Belçikaya səfəri respublika və Avropa Birliyi arasında münasibətlərin yaxınlaşmasından xəbər verir. Trend in xəbər verdiyi kimi, bunu Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib.

O qeyd edib ki, Azərbaycan Avropa və Qərb üçün yeni karbohidrogen ehtiyatları mənbəyidir. Və artıq Avropa Birliyinin Azərbaycana artan tələbatı aydın hiss olunur.

Azərbaycan prezidentinin Brüsselə səfəri Azərbaycanın NATO və Belçika ilə münasibətlərinə də müsbət təsir göstərəcək, - deyə N. Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti