...

Dövlət komitəsinin başçısı: 2006-cı ildə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi üzrə xeyli işlər görülüb

Siyasət Materials 31 Oktyabr 2006 18:35 (UTC +04:00)

Torpaq və xəritəçəkmə üzrə Dövlət Komitəsi Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə keçirilən tədbirlərin nəticələrini açıqlayıb. Bu barədə Trend xəbər verir. Bələdiyyələrlə keçirilən bugünkü görüşdə Dövlət komitəsinin başçısı Qərib Məmmədov bildirib ki, iki ölkənin dövlət komissiyası səviyyəsində Azərbaycan və Gürcüstanın 480 km sərhəddindən 2006-cı ildə 310 km razılaşdırılıb, bu isə sərhədin ümumi uzunluğunun təxminən 65%-ni təşkil edir. Qalan 170 km üzrə ekspert qrupu bu yaxınlarda yerlərdə görüş keçirib.

Yaxın vaxtlarda gürcü ekspertlərinin Azərbaycana gəlişi gözlənilir. Razılaşdırılmamış ərazilər arasında dövlətlərin sərhədində yerləşən David Qareci monastrı ətrafındakı ərazinin məsələsi qalıb. SSRİ dövründə monastrın bir hissəsi Azərbaycan ərazisində idi.

Rusiya ilə sərhədlərin delimitasiyası üzrə Azərbaycan və RF arasında ümumi uzunluğu 90 km olan sərhəddin 91%-dən artıq hissəsi üzrə məsələ həll olunub.

Q.Məmmədovun sözlərinə görə, bu ölkələrdən fərqli olaraq, sərhəd xəttinin yenidən müəyyənləşdirilməsi məqsədilə redemarkasiya tələb olunur. Yalnız Türkiyə ilə heç bir problem yoxdur.

Xəbər lenti

Xəbər lenti