...

Mirmahmud Mirəlioğlunun şikayəti Avropa Məhkəməsində qəbul olunub

Siyasət Materials 3 Noyabr 2006 14:52 (UTC +04:00)

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Avropa Məhkəməsinə göndərdiyi şikayət qəbul olunub. Bu barədə Trend ə Mirmahmud Mirəlioğlu məlumat verib.

Qeyd edək ki, ötən il keçirilmiş parlament seçkilərində deputatlığa namizəd olan M.Mirəlioğlu seçki zamanı qanun pozuntuları, hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermişdi. M.Mirəlioğlu qeyd edib ki, bu günlərdə iddiaçı tərəflə əlaqə saxlanılıb və bildirib ki, şikayət məhkəməyə çatıb. İddianın nə zaman icraata götürüləcəyi və digər proseduralar barədə şikayətçiyə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanın eks-prezidenti, AXCP sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra "Klassiklər" qanadına sədrlik edir. 2006-cı ildə onun partiyasının adında dəyişiklik edilərək KXCP adlandırılıb.

Xəbər lenti

Xəbər lenti