...

Polşa Azərbaycanla ticarət-iqtisadi əlaqələrini xeyli genişləndirmək niyyətindədir

Siyasət Materials 3 Noyabr 2006 19:21 (UTC +04:00)

Polşa Azərbaycanla ticarət-iqtisadi əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir. Trend -in məlumatına görə, bunu Polşanın Azərbaycandakı səfiri Voyçex Qureçki bildirib.

Onun sözlərinə görə, keçən il hər iki dövlət arasında mal mübadiləsinin həcmi 50-60 milyon $-a yaxın olub. O qeyd edib ki, Azərbaycan tərəfinin statistik məlumatına görə, bu rəqəm daha azdır. Diplomat qeyd edib ki, hər iki dövlət arasında kommunikasiya sahəsində bəzi problemlər mövcuddur, bir çox Polşa malları Azərbaycana birbaşa deyil, Rusiyadan idxal olunur. Polşa şirkətləri Azərbaycan bazarı ilə birbaşa əlaqələrin qurulmasında maraqlıdırlar.

Diplomat bildirib ki, Polşa sahibkarları üçün 2005-ci ildə MDB ölkələri arasında ən yüksək iqtisadi artıma malik, Qazaxıstan və Rusiyaya bərabər tutulan Azərbaycan, ən böyük xarici investisiyaların ərazisidir. Polşa sahibkarları bilir ki, ölkənin iqtisadi inkişafı siyasi şəraitin stabilliyinin və tətbiq olunan bazar islahatlarının nəticəsidir.

Xəbər lenti

Xəbər lenti