...

Nazir: İordaniya baş nazirinin Azərbaycana səfəri çərçivəsində bir sıra sənədlər imzalanacaq

Siyasət Materials 7 Noyabr 2006 12:38 (UTC +04:00)

İordaniya Krallığı baş naziri Məruf Əl Bəhitin Bakıya səfəri çərçivəsində bir sıra sənədlərin imzalanacağı ehtimal olunur. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin Trend ə verdiyi məlumata görə, sənədlərin siyahısı bu gün qonağın Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşündən sonra dəqiqləşdiriləcək.

H.Babayevin sözlərinə görə, iqtisadi sahədə texniki əməkdaşlıq haqqında hökümətlərarası sazişin imzalanacağı gözlənilir. Saziş Azərbaycanın iqtisadi inkişaf naziri və İordaniyanın baş naziri arasında imzalanacaq.

Səfər çərçivəsində bu gün İordaniyanın ilk milli sərgisi və Azərbaycan-İordaniya biznes-forumu baş tutacaq və burada İordaniya və Azərbaycanın investisiya imkanlarının təqdimatı keçiriləcək. Səfər noyabrın 8-dək davam edəcək.

İordaniya krallığının nümayəndə heyətinə qida məhsullarının istehsalı, tikinti, sənaye, əczaçılıq, incəsənət və b. sahələri təmsil edən İordaniyanın 40-dan çox sahibkarı daxildir.

Xəbər lenti

Xəbər lenti