...

Səfir: Polşa Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır

Siyasət Materials 8 Noyabr 2006 14:00 (UTC +04:00)

Polşa alternativ enerji mənbələrini təmin etmək üçün Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Trend xəbər verir ki, bu barədə jurnalistlərə noyabrın 8-də Bakıda Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev məlumat verib.

Polşanın Rusiyadan enerji asılılığından danışan diplomat xatırladıb ki, Varşava Rusiyadan qazı AB ölkələrinə satılan qiymətlə alır (200-300 dollar). Ötən qış RF-dən bu ölkəyə qazın verilməsi dayandırılıb, bu isə böyük problemlər yaradıb. O bildirib ki, hazırda Polşa rəhbərliyi Rusiyadan asılılığı zəiflətmək üçün Azərbaycan, Qazaxıstan və Yaxın Şərq ölkələri ilə danışıqlar aparır.

V.Quliyev əlavə edib ki, Azərbaycan Polşa ilə birbaşa və dolayı ticarət münasibətlərinə malikdir və əmtəə dövriyyəsi 20 - 60 mln. arasında dəyişir. O vurğulayıb ki, Azərbaycan polşalıların ölkəyə gəlmə prosesinin fəallaşdırılmasında maraqlıdır və turizm sahəsində münasibətlər qənaətbəxş deyil, bu isə informasiya çatışmazlığı və birbaşa hava nəqliyyatının olmaması ilə bağlıdır.

Birbaşa reyslərin açılması məsələsinə gəlincə səfir bildirib ki, burada əsas rolu iqtisadi amil oynayır və əgər kifayət qədər sərnişin və biznes maraq olsa, birbaşa aviareyslər real olacaq.

Xəbər lenti

Xəbər lenti