...

Səfir: "Azərbaycan və Küveyt arasında ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı 10-a yaxın sənəd hazırlanır"

Siyasət Materials 16 Noyabr 2006 10:23 (UTC +04:00)
Səfir: "Azərbaycan və Küveyt arasında ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı 10-a yaxın sənəd hazırlanır"

Azərbaycan və Küveyt arasında ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı 10-a yaxın sənəd hazırlanma mərhələsindədir. Bu haqda Trend -ə Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev xəbər verib.

Sənədlərin paketinə siyasi, iqtisadi və humanitar sahələrdə iki olkə arasında əməkdaşlığı əks etdirən sazişlərin layihələri daxildir. Səfir deyib ki, onlardan artıq bir hissəsi, yəni ikitərəfli vergi qoyulmasından qaçmaq haqqında, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı investisiya təşviqi sahəsində, təhsil, mədəniyyət sferasında, eyni zamanda iqtisadi-texniki əməkdaşlıq üzrə layihələr artıq razılaşdırılıb.

"Hər iki dövlət arasında təhlükəsizlik sahəsində, xüsusilə də beynəlxalq terrorizmlə mübarizədə əməkdaşlıq üçün müqavilə-hüquqi bazanı yaratmağı da planlaşdırırıq", -bu haqda Azərbaycanın Küveytdəki diplomatik missiyanın rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti