...

Azərbaycan prezidenti türkdilli dövlətlərin siyasi əlaqələrinin genişləndirilməsi zəruriliyini qeyd edib

Siyasət Materials 18 Noyabr 2006 11:07 (UTC +04:00)
Azərbaycan prezidenti türkdilli dövlətlərin siyasi əlaqələrinin genişləndirilməsi zəruriliyini qeyd edib

"BMT, Avropa Şurası və İslam Konfransı Təşkilatı kimi beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar dövlət kimi tanımasına və Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal boşaldılması tələbi ilə çıxış etməsinə baxmayaraq, Ermənistan buna getmir". Trend in ATI telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Antalyada türkdilli dövlətlərin sammitində çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, Ermənistanın qeyri-konstruktiv mövqeyi təkcə Azərbaycan üçün deyil, həm də bütun region üçün təhlükə yaradır. Nəticədə nəzarətsiz qalmış işğal altında olan ərazilərdə terrorçuluq maliyyələşdirilir.

Azərbaycan prezidenti öz çıxışında türkdilli dövlətlərin siyasi və iqtisadi əlaqələrinə, regionda həyata keçirilən iri layihələrə, xüsusilə Bakı-Axalkalaki-Qars dəmir yolunun inşası məsələsinə də toxunub. İlham Əliyevin sözlərinə görə, bu layihə mütləq gerçəkləşdiriləcək.

Dövlət başçısı türkdilli dövlətlərin siyasi əlaqələrinin genişləndirilməsi, o cümlədən bu sammit kimi analoji tədbirlərin keçirilməsi zəruriliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti